Portuqaliya millisinin üzvü “Benfika”ya keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın müdafiəçisi Rafael Qerreyro ölkəsinə qayıda
bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Benfika” portuqaliyalı futbolçunu
transfer etmək istəyir.




Qerreyronun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bunu
nəzərə alan Lissabon nəhəngi 31 yaşlı sol cinah müdafiəçisini
yanvar ayında uyğun qiymətə heyətinə qata biləcəyinə ümid edir.

Qeyd edək ki, Rafael Qerreyro 2023-cü ilin yayından “Bavariya”da
çıxış edir. Portuqaliya millisinin üzvü bu mövsüm Münhen
təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3
məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir