Futbol üzrə dünya çempionatının qalibi olmağa namizəd ölkələr bəlli olub

Baş səhifə

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olmağa namizəd ölkələr bəlli olub.

Apasport.az “Opta”ya istinadla xəbər verir ki, İspaniya millisi mundialın əsas favoriti hesab olunur. Bu yığmanın çempionluq şansı 17 faizdir.

İkinci yerdə Fransa (14,1 faiz), üçüncü pillədə isə İngiltərə yığması (11,7 faiz) yer alıb.

Son dünya çempionu Argentinanın ardıcıl ikinci dəfə turnirin qızıl medallarını qazanmaq şansı 8,7 faizlə qiymətləndirilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 yığma mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir