
Bu gün Litvanın Müvəqqəti İşlər Vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona Litva ərazisindən uçan pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə bağlı etiraz bildirilib.
APA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Litvadan uçan, mənşəyi naməlum olan təyyarə tipli pilotsuz uçuş aparatı Belarusun Qrodno şəhərində qəzaya uğrayıb.

