
Bəzən gənclər heliumla doldurulmuş şarın içindəki qazı nəfəsə çəkərək səslərini dəyişdirir və bunu əyləncə kimi qəbul edirlər. Lakin bu zaman ağciyərlərə oksigen əvəzinə helium dolur ki, bu da cəmi bir neçə saniyə ərzində beynə gedən oksigenin kəsməsinə səbəb ola bilər.
Metbuat.az-ın məlumatına görə, bu halda başgicəllənməsi, qəfil şüur itkisi, bayılma, hətta ürək dayanması kimi ciddi fəsadlar yaşana bilər.
Heliumla zəhərlənmənin ən təhlükəli tərəfi isə prosesin hiss olunmadan baş verməsidir. Xüsusilə qapalı məkanlarda və ya ardıcıl bir neçə dəfə helium nəfəs alındıqda oksigen çatışmazlığı ölümcül nəticəyə gətirib çıxara bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qısa müddətli gülüş naminə geri dönüşü olmayan həyati risklərə getmək olmaz. Səsi dəyişdirmək mümkündür, amma həyatı geri qaytarmaq mümkün deyil.
Sevinc İbrahimzadə / Metbuat.az

