Ruslar türklərin çörəyini yeyir

Baş səhifə

Rusiya 10 ayda Türkiyədən 109 milyon dollarlıq mal alıb. Bu ixracatın çoxu şirniyyatdan ibarətdir.

Metbuat.az xəbər verir ki, Türkiyənin Rusiyaya şirniyyat ixracı ilin ilk 10 ayında 33 faiz artaraq 109,1 milyon dollara çatıb. Ən böyük artım Rusiya istehlakçıları tərəfindən çox bəyənilən şokolad məhsullarında müşahidə olunub.

RİA Novosti-nin Türkiyə Statistika Təşkilatının məlumatlarına əsaslanan təhlilinə görə, təkcə oktyabr ayında Rusiyaya göndərilən şirniyyatın miqdarı illik müqayisədə 23 faiz, aylıq isə 19 faiz artıb. Bu, Rusiyanın Türkiyədən aylıq şirniyyat idxalını müasir dövrdə ən yüksək səviyyəyə çatdırır.

İxrac malları aşağıdakı kimi sıralanıb:

Şokolad və şokolad məhsulları: 7,3 milyon dollar

Çörək məhsulları: 5,2 milyon dollar

Şəkər əsaslı desertlər: 2,7 milyon dollar

Çörək məmulatlarının ixracı 7 faiz, şəkər məhsullarının ixracı isə 4 faiz artıb.

Yanvar-oktyabr aylarında ümumi desert ixracı 109,1 milyon dollara çatıb ki, bunun da 52 milyon dollarını şokolad, 37,7 milyon dollarını çörək məhsulları, 19,5 milyon dollarını isə şəkərli məhsullar təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir