Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət
Festivalının tərəfdaşı olub. “İƏT Mədəniyyət Festivalı: Bakı
Yaradıcı Həftə – 2025” dekabrın 5-11-də İslam Əməkdaşlıq
Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
keçiriləcək.

Trend xəbər
verir ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas
istiqamətlərdəndir.




50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə
çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun
texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə
yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər
ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə
tanıdacaq.

Festival günlərində “Mədəni və yaradıcı sənayelər forumu”
(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər
sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino
proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış
dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq
sammit (G-HUB) və digər təqdimatlar olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir