
Son zamanlar arıqlaması ilə gündəmə gələn türkiyəli müğənni Zara cəsarətli pozalar verib. 49 yaşlı sənətçi sosial şəbəkədə 90 gündə necə 16 kilo arıqladığını izləyiciləri ilə bölüşüb.
Metbuat.az xəbər verir ki, Zara üzərində tibbi müdaxilə aparılmadığını deyib: “Əvvəlcə piylərimlə mübarizə apardım, müxtəlif idman növləri ilə məşğul oldum, rəqs etdim, onlarla fərqli pəhriz sınadım, ac qaldım və bu qədər çılğın mübarizə apararkən “Zara kökəldi” dedilər. Bu da psixi vəziyyətimə pis təsir etdi”.
Zara deyib ki, bir müddət sonra yanlış yolla arıqlamaq istədyini anlayıb: “Bu məsələ haqqında daha çox öyrəndikcə, artıq piylərlə mübarizə aparmadığımı, onu yalnız səhv metabolik seçimlərimlə yığdığımı öyrəndim. Çünki bədənimizdə iki növ metabolizm var. İllərdir səhv yolda olmuşam. 90 gün əvvəl düzgün arıqlamağın yolunu öyrəndim. Qidalanma metodologiyamı dəyişdiyim üçün 3 ayda 16 kilo çəki verdim”.

