Mayor Şahin Quliyevə hökm oxundu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb
Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin
Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub.




Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin
(TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX
tərəfindən həbs edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir