
“Real Madrid”də Cud Bellingemin zədəsini sağaldaraq, heyətə qayıtması Arda Gülerin geri çəkilməsinə səbəb olub.
Metbuat.az xəbər verir ki, ingilis oyunçunun geri dönməsindən sonra Arda yarımmüdafiədə daha arxada oynamağa başlayıb. “Defensa Central”da dərc edilən xəbərə görə, baş məşqçi Xabi Alonso Ardanı yarımmüdafiədə daha arxada oynadandan sonra futbolçunun performansı azalıb. Məqalədə deyilir ki, Arda Alonsonun tələblərinə meydanda tamamilə cavab verə bilmir. Xəbərdə qeyd edilir ki, ingilis və türk oyunçu irəli mövqedə oynamaq üçün rəqabət aparır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Olimpiakos”la səfər oyununda Cud Bellinghem ikinci hissədə Arda Gülerin əvəzinə meydana daxil olmuşdu. İddialara görə, baş məşqçi Xabi Alonso “Real”ın 4-3 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra Ardadan üzr istəyib. Alonsonun sözlərinə görə, Arda oyundan çıxandan sonra “Real Madrid” hücum səylərini dayandırıb və təhlükəli vəziyyətlər yarada bilməyib.

