
Bakı. Trend:
Azərbaycan bu regionda sabitliyin və inkişafın əsas
lokomatividir. Prezident İlham Əliyevin liderliyi ilə ölkə təkcə
iqtisadi baxımdan deyil, həm də siyasi sabitlik, beynəlxaq nüfuz və
hərbi güc baxımından yeni mərhələyə qədəm qoyub.
Ölkənin diplomatik uğurları, regional təşəbbüsləri, post
münaqişə dövründə atdığı addımları məhz bu sabitliyin və
məqsədyönlü siyasətin nəticəsidir.
Bu səbəbdən keçmişdəki şəxsi maraqla dövlətin gələcəyinə zərbə
vurmaq istəyən xəyanətkarlara qarşı ictimai və siyasi məsuliyyət
hissi ilə yanaşmaq vacibdir. Əslində, bu, təkcə vacibiyyət deyil.
Bu, həm də Azərbaycan dövlətinə qarşı hər bir azərbaycanlının
göstərməli olduğu vətəndaş mövqeyi, azərbaycançılıq
yanaşmasıdır.
Xəyanətkar Ramiz Mehdiyev ətrafında baş verənləri hər bir
azərbaycanlı maraqla izləyir. Uzun illər dövlət içində troya atı
funksiyasını icra edən bu şəxs bütün fəaliyyətini Azərbaycan
dövlətinə qarşı yönəldib.
Ramiz Mehdiyevin karyerasına nəzər saldıqda onun əsasən ikinci
şəxs olduğunu görürük. Dolayısıyla yarımçıq adamdır. Arzuları,
ambisiyaları, arxasındakı qüvvələri böyük olsa da, o, heç vaxt
böyük olmağı bacarmayıb. Öz şəxsi mənafelərini həyata keçirmək üçün
mümkün olan hər şeyi, dövləti satmağı, Azərbaycana ziyan vurmaq
istəyən qüvvələrə satılmağı gözə alan bu yarımçıq insan elə özü
kimilərlə də əməkdaşlığa, onlara ağsaqqallıq etməyə cəhd edib. Amma
onun ağsaqqallığı elə etmək istədiyi şəxslərə çatar.
Bütün fəlaiyyətini Azərbaycanın dövlət marağını qorumağa və Ali
Baş Komandanın siyasətini icra etməyə həsr etmiş Dövlət
Təhlükəsizlik Xidmətinin hələ bizə məlum olan ilkin araşdırmaları
göstərir ki, Ramiz Mehdiyevin ən yaxın silahdaşları elə özü kimi
yarımçıqlardır. Söhbət həyatı xəyanətlə keçən, hətta öz liderini
arxadan vuran Əli Kərimlidən, həyatda heç bir məqsədi məlum
olmayan, bioloji yaşı ilə real yaşı üst-üstə düşməyən Cəmil
Həsənlidən və deputat olduğu dövrdə fəaliyyəti yalnız şəxsi
imtiyazlara yönəlmiş Gültəkin Hacıbəylidən gedir.
Müasir Tariximizin ilk illərində təlatümlü dövrlər çox olub.
Amma, açıq etiraf etmək lazımdır ki, bu “səviyyədə” dördlüyü biz
hələ görməmişik.
Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkə başçısı
dünyada tanınan, hörmət edilən, regionla bağlı məsələlərə yön verən
şəxsdir.
Bunlar regionda heç də hamının ürəyincə deyil. Bütün bunları
özləri üçün fürsət bilən bu insanlar şimaldan əsən küləyin də
təsiri ilə başqa xəyallara düşüblər. Uzun illər ərzində hansısa
ittifaqlarda, şuralarda Azərbaycana qarşı fəaliyyət göstəriblər.
Amma qiymətləndirmədikləri bir məqam olub: Azərbaycan xalqı müdrik
xalqdır və öz liderinin, Qarabağ fatehi Prezident İlham Əliyevin
ətrafında dəmir yumruq kimi birləşmişdir.
Bu yarımçıqların fəaliyyəti isə bizə kvarteti xatırladır. Musiqi
alətləri özünün də olmayan xəyanətkar kvarteti!
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin
İsmayılov

