Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib – Səfir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə
əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında ticarət
dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir.

Trend-in
məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile
Soare Rumıniyanın Milli Gününə və həsr olunmuş tədbirdə deyib.

Vasile Soare vurğulayıb ki, 2009-cu ildə Rumıniya Azərbaycanla
strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayan ilk Avropa
İttifaqına üzv dövlət olub.

“İki ölkə arasında əməkdaşlıq siyasi, diplomatik, iqtisadi,
energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əhəmiyyətli
dərəcədə genişlənib”, – səfir əlavə edib.

Onun sözlərinə görə, birgə iqtisadi komissiya ticarət
dövriyyəsinin artmasına töhfə verir və
Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan “Yaşıl Enerji Dəhlizi”
layihəsi alternativ mənbələrdən əldə olunan enerjinin Avropa
bazarına ötürülməsinə yönəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir