Vidadi Mustafayev saxlanıldı

Baş səhifə

Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlıların müşayiəti ilə polis Uraldakı Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayevi saxlayıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bir neçə müstəqil mənbə E1.ru-ya məlumat verib. Məlumata görə, icma rəhbəri elit “Encore” fitness klubuna baş çəkərkən saxlanılıb.

İlkin məlumata əsasən, o, torpaq sahəsinin satışı zamanı fırıldaqçılıqda şübhəli bilinir.

Məlumat dərc olunduqdan sonra Vidadi Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefon nömrəsi bağlı olub.

Qeyd edək ki, V.Mustafayev yayda həbs olunmuş Şahin Şıxlinskinin yerinə Uraldakı Azərbaycan icmasının rəhbəri təyin olunmuşdu.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir