Əməkdar artistin işdən çıxması ilə bağlı açıqlama

Baş səhifə

Öz ərizəsi və müraciəti əsasında əməkdar artist Mehriban Xanlarova ilə əmək müqaviləsinə xitam verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.

Qurum əlavə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına etiraz olaraq işdən çıxmaqla bağlı ərizə verdiyini bildirmişdi. Azdramdan ərizəyə 1 ay müddətində baxılacağı bildirilsə də, 3 gün ərzində M.Xanlarovanın işdən çıxmaqla bağlı istəyi təmin edildi.

M.Xanlarova isə ərizəsinin qəbul edilməsindən təəccübləndiyini gizlətmədi və bunu gözlənilməz adlandırdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir