
Bakı. Trend:
İtaliyanın “Yuventus” klubunun heyətində ciddi itki baş
verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “ağ-qaralar”ın hücumçusu Duşan
Vlahoviç sıradan çıxıb.
Serbiyalı futbolçu A Seriyasının 13-cü turunun “Kalyari” ilə
matçında (2:1) ayaq əzələsindən zədə alıb. Vlahoviçin zədəsi
ciddidir. 25 yaşlı forvard təxminən 3 ay yaşıl meydanlardan uzaq
qalacaq.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm “Yuventus”un heyətində
meydana çıxdığı 20 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə
yadda qalıb. Onun Turin təmsilçisi ilə müqaviləsi mövsümün sonunda
başa çatır.

