
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsrailin yeni Suriya hakimiyyəti ilə
dialoqu davam etdirməsini son dərəcə vacib hesab etdiyini
bildirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti “Truth Social” sosial
şəbəkəsində yazıb.
“İsrailin Suriya ilə güclü və səmimi dialoq aparması çox
vacibdir ki, sonuncunun çiçəklənən bir dövlətə çevrilməsinə heç nə
mane olmasın”, – deyə o bildirib.
D.Tramp qeyd edib ki, Yaxın Şərqdəki hazırkı vəziyyət vacib bir “tarixi fürsətdir”.
Qeyd edək ki, İsrail 2024-cü ilin dekabr ayında Dəməşqdə
hakimiyyət dəyişikliyindən sonra qoşunlarını bufer zonasına və
Hermon dağının Suriya tərəfinə yerləşdirib. İsrailin Baş naziri
Benyamin Netanyahu bunu 1974-cü ildə Suriya ilə imzalanmış
qüvvələrin ayrılması haqqında sazişin artıq qüvvədə olmadığını
bildirməklə izah edib.

