Makron: Rusiya aktivləri müzakirə olunursa, Avropa ölkələrinin masa arxasında olması şərtdir

Baş səhifə

Rusiya Federasiyasına məxsus dondurulmuş aktivlərin taleyi ilə bağlı danışıqlarda həmin vəsaitlərin saxlandığı Avropa ölkələri mütləq iştirak etməlidir.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Rusiya aktivləri barədə söhbət gedəcəksə, bu vəsaitlərin yerləşdiyi Avropa ölkələri mütləq danışıqlar masasında olmalıdır. Çünki bu məsələdə səlahiyyət yalnız onlara məxsusdur”, – Makron vurğulayıb.

Fransa lideri qeyd edib ki, hazırkı mərhələ “Ukraynada gələcək sülh və Avropanın təhlükəsizliyi üçün həlledici məqamdır” və bu səbəbdən maraqlı tərəflər öz rolunu oynamalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir