İstanbul məhkəməsi keçmiş bankiri 102 il müddətinə azadlıqdan məhrum edib

Baş səhifə

Bakı. Trend:

İstanbul məhkəməsi Denizbankın keçmiş filial direktoru Seçil
Erzanı dələduzluq və aldatmada ittiham edərək 102 il 4 ay həbs
cəzasına məhkum edib. O, həmçinin 178 min dollar cərimə olunub.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin “NTV” telelviziya kanalı
xəbər verib.




Məhkəmə Seçilin yaratdığı fondun yüksək mənfəət adı altında 41
nəfəri aldatdığını müəyyən edib. Fondun investorları arasında
məşqçilər və futbolçular Fatih Terim, Arda Turan, Emre Belözoğlu,
Fernando Muslera və başqaları olub.

Qeyd edə ki, S.Erzan 2023-cü ilin aprel ayından bəri həbsdədir.
O, əvvəlcə 40 milyon dollar və 20 milyon türk lirəsi (cari məzənnə
ilə 470 min dollar) məbləğində dələduzluqda ittiham olunurdu.
Prokurorlar dələduzluq ittihamları ilə 109 ildən 358 ilə qədər həbs
cəzası tələb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir