
Macarıstan Avropa İttifaqının Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsinə heç vaxt razılıq verməyəcək.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Tbilisi meri Kaxa Kaladze ilə görüşdən sonra bildirib.
“Biz, macarıstanlılar, həmişə gürcüləri dəstəkləyəcəyik. Aİ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiya tətbiq etməsinə heç vaxt imkan verməyəcəyik. Macarlar yaxşı bilir ki, axına qarşı üzmək nə deməkdir”, – nazir jurnalistlərə açıqlamasında deyib.

