“Fənərbağça” – “Qalatasaray” oyununda qalib müəyyənləşməyib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi
keçirilib.

Trend-in
məlumatına görə, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma
meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda
təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.




Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb.
90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir
cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə
qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir