
Türkiyə Superliqasında “Qalatasaray” səfərdə “Fənərbaxça” ilə üz-üzə gəlib.
Metbuat.az-ın məlumatına görə, İstanbul derbisi XIV tura təsadüf edib. “Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Hesabı qonaqlardan 27-ci dəqiqədə Leroy Sane açıb. Ev sahibləri məğlubiyyətdən yalnız 90+5-ci dəqiqədə qaça biliblər. Con Duran başla dəqiq oynayıb.
Qeyd edək ki, “sarı-qırmızılar” 33 xalla liderdir. “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

