
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff hazırda Rusiyaya səfər edir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinq zamanı məlumat verib.
“Hazırda xüsusi nümayəndə Vitkoff Rusiyaya yollanır”, – Levit vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də Trampın xüsusi nümayəndəsi ilə görüşəcək. Danışıqların əsas mövzusu Ukrayna üzrə nizamlanma və ABŞ-ın bu istiqamətdə irəli sürdüyü təkliflər olacaq.
Kremlin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, görüş günün ikinci yarısında keçiriləcək və görüşün yalnız ilk dəqiqələri mətbuat üçün açıq olacaq.

