Masallıda yol qəzası: sərnişin ölüb

Baş səhifə

Bakı.Trend:

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in
məlumatına görə, hadisə dekabrın 1-i Masallının Həsənli kəndi
ərazisindən keçən hissəsində saat 12 radələrində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi
“Nussan Sunny minik” markalı avtomobillə Masallı rayonu Həsənli
kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən idarə
etməni itirərək avtomobili aşırıb.




Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan
sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı,
1985-ci il əvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il
təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən
xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil
olublar.

Sərnişin S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi
xəstəxanasında ölüb.

Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə
cinayət işi başlanmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir