Tramp yaxın adamını Putinlə görüşə göndərdi

Baş səhifə

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.

Trampın xüsusi nümayəndəsinin bu gün Ukrayna ilə razılaşdırılmış sülh planını Putinə təqdim edəcəyi gözlənilir.

Kremlin sözçüsü Dmitri Peskov prezidentin onu dekabrın 2-də günortadan sonra Moskvada qəbul edəcəyini təsdiqləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir