Azərbaycanla Koreya maliyyə sektorları arasında əməkdaşlığın genişləndirlməsini dəyərləndirəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun
rəhbərlik etdiyi nümayəndə heyətinin Koreya Respublikasına işgüzar
səfəri başlayıb.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə
ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.




Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda
tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər
və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, səfərin məqsədi iki ölkənin maliyyə sektorları
arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən
ibarətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir