Bakıda “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində
universitetlərin rolu” mövzusunda beynəlxalq konfrans
keçirilir.

Trend xəbər verir
ki, iki gün davam edəcək konfrans ADA Universitetinin İnkişaf və
Diplomatiya İnstitutu (IDD) tərəfindən, Azərbaycan Xarici İşlər
Nazirliyi yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım
Agentliyi (AIDA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirlik (AQEM) ilə tərəfdaşlıq çərçivəsində
keçirilir.

Tədbirdə universitetlərin enerji səmərəliliyinin
artırılmasındakı rolu, “yaşıl” texnologiyaların tətbiqi, yaşıl
enerji və dayanıqlılıq sahəsində regional əməkdaşlıq, bərpa olunan
enerji və enerji səmərəliliyi üzrə texnoloji yeniliklər kimi
mövzular müzakirə olunacaq.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir