
Bakı. Trend:
Avropa İttifaqı Azərbaycandan Avropaya “yaşıl” enerji dəhlizinin
yaradılmasını nəzərdə tutan “Black Sea Interconnection Cable”
layihəsini qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına
daxil edib.
Bu barədə Trend
Avropa Komissiyasına istinadən məlumat verir.
Qeyd edək ki, Avropa Komissiyası ümumilikdə 235 transmilli
enerji təşəbbüsünə ümumi maraq doğuran layihə (PCI) və qarşılıqlı
maraq doğuran layihə (PMI) statusu verib.
Seçilmiş layihələr Avropa İttifaqının “Connecting Europe
Facility” mexanizmi çərçivəsində maliyyələşdirmə üçün müraciət
etdmək , həmçinin operativ həyata keçirilmə üçün sürətləndirilmiş
icazə və tənzimləmə prosedurlarından yararlanmaq imkanı əldə
edəcəklər.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə 1000 MVt
gücündə, uzunluğu 1195 kilometr olan sualtı enerji kabelinin
salınmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu
kabel vasitəsilə Azərbaycanda və Gürcüstanda istehsal olunan
“yaşıl” elektrik enerjisi Rumıniyaya, oradan isə Macarıstana və
digər Avropa ölkələrinə ötürüləcək ki, bu da Avropanın Qafqaz
regionundan bərpa olunan enerji mənbələrinə çıxışını gücləndirəcək.
Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.

