
Bakı. Trend:
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
başlayıb.
Trend xəbər
verir ki, plenar iclasda 2026-cı il dövlət büdcəsi zərfinə daxil
olan aşağıdakı 6 məsələ müzakirə ediləcək:
1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
4. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının
həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial
sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta
haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında
xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari
şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan
xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari
dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız
hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

