ABB “İlin əqdi” mükafatını qazandı!

Baş səhifə

Bakı. Trend:

Bütün ölkələr üzrə ən innovativ və mühüm maliyyə
əməliyyatlarının dəyərləndirilməsini aparan “The Global Banking &
Markets” təşkilatı ABB-nin bu ilin aprelində 200 milyon ABŞ dolları
dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsini Azərbaycan üzrə “İlin əqdi” mükafatına layiq görüb.

Mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB
təmsilçisinə təqdim olunub.

“The Global Banking & Markets” təşkilatı maliyyə bazarlarının
beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək
əməliyyatların xərc və risklərini azaltmağa, səmərəliliyini
yüksəltməyə xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi
zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti, açdığı yeni
imkanlar və s. bu kimi amillər nəzərə alınır.

Xatırladaq ki, ABB ölkə üzrə “İlin əqdi” mükafatına layiq
görülən sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi
Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya,
İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb
edib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına
yenidən qayıdışı olub.




Bankın bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına
qayıdışı və bunun yüksək dəyərləndirilməsi ABB-nin biznesi
maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə,
gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan
yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor
sayının və regional əhatəliliyinin genişlənməsinə imkan
yaradır.

“The Global Banking & Markets” təşkilatı haqqında ətraflı
məlumatları buradan
əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir