Azərbaycan AQEM-in möhkəmləndirilməsində bağlayıcı halqa rolunu oynamaqda davam edəcək – Yalçın Rəfiyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri
üzrə Müşavirənin (AQEM) möhkəmləndirilməsi yolunda bağlayıcı halqa
rolunu oynamaqda davam edəcək.

Trend xəbər verir
ki, bunu bu gün Azərbaycanın Xarici İşlər nazirinin müavini Yalçın
Rəfiyev ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində
universitetlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda
çıxışında deyib.

“Azərbaycanın sədrliyi dövründə ən mühüm prioritetlərdən biri
təhsil və elmdir. Təsadüfi deyil ki, sədrliyi qəbul etdikdən sonra
keçirdiyimiz ilk tədbir fevral ayında aparıcı universitetlərin
Tərəfdaşlıq Şəbəkəsinin Koordinasiya Şurasının təsis toplantısı
oldu. Bu şəbəkənin tamdəyərli şəkildə işə düşməsi isə bugünkü
konfransın keçirilməsinə imkan yaradan mühüm nailiyyətlərimizdən
biridir”, – deyə o bildirib.

O vurğulayıb ki, Şəbəkə ali təhsil sistemləri, universitetlər və
AQEM üzv dövlətlərinin akademik dairələri arasında tərəfdaşlığın
möhkəmləndirilməsi, akademik mübadilənin təşviqi və birgə
tədqiqatların inkişafı məqsədilə yaradılıb.

O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin Baş Assambleyasına ev sahibliyi etməyə
hazırlaşdığını əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir