
Dünya miqyasında peşə təhsilinə yanaşma müxtəlif olub.
Metbuat.az-ın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda deyib.
İsveçrədə tələbələrin 60 faizi peşə təhsilinə, 40 faizi ali təhsil müəssisələrinə üz tutur. Düşünürəm ki, biz də peşə təhsilinə üstünlük versək, ali təhsil müəssisələri üçün də nisbətən daha yaxşı olar.
Peşə təhsili ali təhsil və digər subbakalavr fonunda məsələyə baxanda biz insanlara yaxşı bir seçim veririk. Müşahidələrimiz onu göstərir ki, dövlətin dəstəyi ilə yanaşı, xüsusilə tədrisin təşkili sahəsində tərəqqi var. Şübhəsiz ki, bunu daha da irəliyə aparmaq üçün görülməli işlər var. Agentlik olaraq peşə təhsilinin qurulmasında və bəzi məsələlərin həllində dəstəyimizi bir daha ifadə edirik.

