Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 4%-ə yaxın azalıb

Baş səhifə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 764 511,5 min manat təşkil edib, bu da illik müqayisədə 3,6% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 793 319 min manat səviyyəsində olub.

Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azdır. Nəqletmənin 74,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 20 569,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.

Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir