“ChatGPT”nin Azərbaycandakı bazar payı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda
(kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,07% təşkil edib.

Trend-in
“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, bu,
oktyabr ayına nisbətən 0,52 faiz bəndi çoxdur.

İkinci pillədəki “Google Gemini” və “Perplexity” “chatbot”ları
isə hərəyə 1,91 faiz bəndi təşkil etməklə Azərbaycanda bazar payına
malik olublar. “Google Gemini”nin ölkədəki bazar payı bir ay əvvələ
nisbətən 0,41 faiz bəndi azalıb, “Perplexity”nin isə 0,4 faiz bəndi
artıb.




“Microsoft Copilot”un bazar payı 1,8% olub. Bu, əvvəlki ayın
göstəricisindən 0,62 faiz bəndi azdır.

Siyahını 0,32%-lik bazar payı ilə “Claude” qapayır. Onun payı
oktyabr ayı ilə müqayisədə 0,12 faiz bəndi artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir