Gürcüstan məktəblərində vahid geyim forması tətbiq olunacaq

Baş səhifə

Növbəti dərs ilindən etibarən Gürcüstanın bütün dövlət məktəblərində I-VI sinif şagrdləri üçün vahid geyim forması məcburi olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ümumi təhsil sahəsində islahatları təqdim edərkən bildirib.

O qeyd edib ki, sosial cəhətdən həssas ailələrə formalarla bağlı dövlət dəstəyi göstəriləcək.

Mikanadze həmçinin deyib ki, məktəbdə dərslər zamanı mobil telefonların istifadəsinə qadağanın tətbiqi planlaşdırılıb.

“Bununla bağlı müvafiq qayda hazırlanacaq. Əlbəttə ki, həm təhsil prosesinə zərərin dəyməməsi, həm də uşağın valideynləri ilə ünsiyyət hüququnun pozulmaması üçün balans maksimum dərəcədə qorunacaq”, – nazir əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir