
2022 – 2025-ci illəri əhatə edən dövrdə peşə təhsilinə 27 021 nəfər qəbul olunub.
Metbuat.az-ın məlumatına görə, bunu Peşə təhsili sektoru aparıcı məsləhətçi Rəbiyyə Museyibzadə “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, cari tələbələrin sayı 40 000, yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayı isə 8 000 nəfər təşkil edir:
2026-cı il üçün hədəflər daha yüksək müəyyənləşdirilib. Bu mərhələdə qəbul olunan tələbələrin sayının 28 140 nəfər olması, cari tələbələrin sayının 40 000-dən çox səviyyədə qalması və yüksək texniki peşə təhsili alanların sayının 10 000 nəfərə çatdırılması nəzərdə tutulur.
2027–2030-cu illər üzrə strateji planlarda isə daha böyük artım hədəfləri yer alıb. Bu dövrdə peşə təhsilinə qəbul olunan tələbələrin sayının əlavə 8 000 nəfər artırılması, yüksək texniki peşə təhsili alan tələbələrin isə 2 000 nəfər artırılaraq genişləndirilməsi planlaşdırılır.

