Ömürlük həbsə məhkum edilən şəxsin cəzası dəyişdirildi

Baş səhifə

Bakı. Trend:

Ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədov ona verilmiş
cəzadan kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Trend xəbər
verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə
keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı
dəyişdirilib.

Aşağı instansiya məhkəməsinin çıxardığı cəza tamamilə ləğv
edilib və cəza 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə
dəyişdirilib.




Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
təqsirləndirilən şəxs ömürlük məhkum edilib. Gəncə Apellyasiya
Məhkəməsi onun şikayətini təmin etməyib.

Belə ki, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin
əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri
nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın
isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf
Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir