İranda benzinin qiyməti bahalaşacaq

Baş səhifə

Bakı. Trend:

İranda avtomobili olan hər bir vətəndaş üçün nəzərdə tutulan
benzindən əlavə hər 1 litrin qiyməti 50 min rial (təxminən 0,8
dollar) təşkil edəcək.

Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün (2 dekabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə avtomobili olan hər bir vətəndaşın 1
avtomobili üçün 1 litri 15 min rial (təxminən 0,2 dollar) olaraq
ayda 60 litr, 1 litri 30 min rial (təxminən 0,5 dollar) nəzərdə
tutulur. Əlavə benzin istifadə etmək istəyənlər isə 1 litr üçün 50
min rial (təxminən 0,8 dollar) ödəməli olacaqlar.




Mohacerani deyib ki, bir neçə avtomobili olan vətəndaşlara
sadəcə 1 avtomobil üçün yanacaq yükləmə kartı qüvvədə olacaq.

Hökumət rəsmisi bildirib ki, hökumət ictimai nəqliyyatdan
istifadəni artırmaq və hava çirkliliyini azaltmaq istiqamətində
ciddi tədbirlər görməkdədir. Bu məqsədlə benzinin qiymətinin artmaı
ilə əldə olunan gəlir tam şəkildə əhalinin məişətinin
yaxşılaşdırılmasına sərf olunacaq.

Qeyd edək ki, İranda benzin istehsalı potensialı gündəlik 110
milyon litr təşkil edir. Adi günlərdə ölkədə benzin istehlakının
gündəlik 133 milyon litr, pik günlərdə (bayram və sair) isə 167
milyon litrə yüksəldiyi bildirilir. Buna görə, İranın ildə 6
milyard dollar dəyərində benzin idxalına vəsait xərclədiyi qeyd
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir