
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bu ilin yanvar-sentyabr
aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 296,391
milyon manat təşkil edib.
Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin 9
ayı ilə müqayisədə bu gəlirlərin həcmi 27 milyon manat və ya 8,3%
azalıb.
Gəlirlərin strukturunda yükdaşımalar üzrə gəlirlər 284,320
milyon manat (9,8% az), o cümlədən beynəlxalq istiqamətlər üzrə
246,147 milyon manat (10,5% az), daxili istiqamətlər üzrə isə
38,173 milyon manat (5,2% az) təşkil edib.
Hesabat dövründə Azərbaycanın dəmir yollarında
sərnişindaşımalardan 12,071 milyon manat (48,4% çox) gəlir əldə
edilib, bu həcmin hamısı daxili istiqamətlərdə daşımaların payına
düşüb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəmir yollarında
12,507 milyon ton yük (10,3% az) və 7,157 milyon sərnişin (19,5%
çox) daşınıb.
Hesabat dövründə tranzit yükdaşımaların həcmi 4,863 milyon ton
(14% az) təşkil edib.

