Dəniz nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlər 13%dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dəniz nəqliyyatı
ilə yük və sərnişin daşınmasından 194,296 milyon manat gəlir əldə
edib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən
ilin eyni dövrü ilə müqayisədə 13,4% artım deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından
əldə edilən gəlirlər 194,094 milyon manat təşkil edib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.




Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı ilə sərnişin
daşımalarından əldə olunan gəlir isə 202,4 min manat təşkil edib
ki, bu da ötən ilin eyni dövrünə nisbətən 80,2% azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı
ilə 6,963 milyon ton yük (9,5% çox) və (19,3 min sərnişin 9,8% az)
daşınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir