
Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının (AXP) qurultayı keçiriləcək.
Bu məlumatı Modern.az-a partiyanın qurucusu Pənah Hüseyn təsdiqləyib.
“Qurultayla bağlı hazırlıq işləri gedir. Mən sədrliyə namizəd olmayacam. Namizədləri qurultay nümayəndələrinin öhdəsinə verəcəyik. Qurultay nümayəndəsi olan və ya olmayan hər bir partiya üzvü namizədliyini irəli sürə bilər”.
Pənah Hüseyn 1999-cu ildə təsis edilmiş Azərbaycan Xalq Partiyasının sədridir. Bu il iyun ayının 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə edib.

