Ermənistan minalar istehsal edən 12 ölkədən biridir – Hafiz Səfixanov

Baş səhifə

Bakı. Trend:

Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması,
istehsalı, ötürülməsi və onların məhv edilməsi haqqında BMT
Konvensiyası (Ottava Konvensiyası) 1 mart 1999-cu ildən qüvvəyə
minib. Bu günə qədər Konvensiyaya üzv dövlətlərin sayı 166-dır,
yəni dünya ölkələrinin 85%-i minaların qadağan olunmasını
dəstəkləyir. Lakin, Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 31
ölkə hələ bu Konvensiyaya qoşulmayıb.

Trend xəbər
verir ki, bu barədə bu gün “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar
əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim
olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş
mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai
Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

Onun sözlərinə görə, Konvensiyaya üzv olmayan 12 dövlətdən biri
olan Ermənistan, piyada əleyhinə minalar hazırlayan, istehsal edən
və ya əldə edən ölkələr siyahısındadır:




“Landmine Monitor 2025” hesabatında bildirilir ki, hesabat
dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52
ölkədə (bunlardan 36-sı üzv dövlətdir) 6,279 zərərçəkən qeydə
alınıb. Bunlardan 1,945 nəfər həlak olub, 4,325 nəfər yaralanıb, 9
nəfərin statusu isə məlum deyil. Bu, 2020-ci ildən sonra illik ən
yüksək göstərici olmaqla, itkilərin kəskin artdığını göstərir.
Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5,385
nəfər) təşkil edib və bu mülki şəxslərin 46%-i (1,701 nəfər)
uşaqlardır”.

“Hesabata görə, 57 ölkənin əraziləri piyadalar əleyhinə
minalarla çirklənib. Üzv dövlətlər 2024-cü ildə ümumilikdə 1,114.82
km² çirklənmiş ərazinin azad edildiyini və nəticədə ən azı 105,640
piyada əleyhinə minanın məhv edildiyini bildiriblər. Ümumilikdə 32
üzv dövlət öz ərazilərindən bütün piyada əleyhinə minaların
təmizlənməsini başa çatdırıb.

2024-cü ildə minalarla mübarizə üçün qlobal maliyyələşmə 1,07
milyard ABŞ dolları təşkil edib, bu isə 2023-cü ildə verilən 1,03
milyard dollardan 4% artım deməkdir. Bu artımın səbəbi minalarla
mübarizə proqramlarına milli maliyyələşdirmənin artmasıdır. Lakin
qeyd olunur ki, minalarla mübarizə proqramlarına beynəlxalq
maliyyələşdirmə əvvəlki illə müqayisədə 5% azalıb”, – deyə sədr
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir