
Bakı. Trend:
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi mina
qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayır.
Trend xəbər
verir ki, bu barədə bu gün “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar
əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim
olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş
mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai
Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
Onun sözlərinə görə, Koreya Respublikası tərəfindən İnsan
Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondunun maliyyə
dəstəyi ilə “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması”
adlı layihə icra edilməyə başlayıb. Layihənin məqsədi Azərbaycanın
minalardan daha çox zərər çəkmiş rayonlarında yaşayan mina
qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləməkdir. Bu,
kiçik biznesin yaradılması mexanizmi ilə maddi vəsait təmin etməyi,
eyni zamanda yoxsulluğun azaldılması və sosial bərabərliyin
gücləndirilməsini nəzərdə tutur.
“Layihə, xüsusən yoxsulluğun azaldılması, gender bərabərliyi,
uşaqların müdafiəsi və sağlamlığı kimi bir neçə əsas sektoru əhatə
edir. Ailələrin gəlirinin artması, daha yaxşı səhiyyə, təhsil və
qidalanma imkanlarına səbəb olacaq, həmçinin özəl sektorun və kiçik
biznesin inkişafını təşviq edəcək. Bu isə icmalarda yeni iş
yerlərinin yaradılmasına gətirib çıxaracaq”, – deyə Hafiz Səfixanov
əlavə edib.
Layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında
həyata keçiriləcək”.

