“Qalatasaray” ispaniyalı hakimdən UEFA-ya şikayət etdi

Baş səhifə

“Qalatasaray” UEFA Çempionlar Liqasının 5-ci həftəsində Belçikanın “Yunion” klubu ilə oynadığı matçı idarə edən ispaniyalı hakim Xose Mariya Sançes Martinezdən UEFA-ya şikayət edib.

Metbuat.az xəbər verir ki, İstanbul klubu ispaniyalı hakimin verdiyi səhv qərarlarla matçın taleyini rəqibin xeyrinə dəyişdiyini düşünür.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk oyundan sonra mətbuat konfransında ispan hakimin idarəçiliyini tənqid etmişdi:

“Hakimin vermədiyi qırmızı vərəqə çox ciddi səhv idi. Qırmızı vərəqə vermədiyi halda David qol vurdu. O, ciddi zədə olmadığı halda 4-5 dəfə oyunu dayandırdı. İspan hakim çox zəif bir matç idarə etdi. Biz öz səhvlərimizi nəzərdən keçirəcəyik, amma demək lazımdır ki, hakim kritik səhvə yol verdi. Ümid edirəm ki, UEFA bu hakimi ciddi şəkildə cəzalandıracaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir