
Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı geniş miqyaslı əməliyyat keçirilib.
Trend bu barədə
türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, vilayətin “jandarm komandanlığı”nın narkotiklərlə
mübarizə bölməsinin əməliyyatçıları tərəfindən narkotik vasitələrin
ticarəti ilə məşğul olan, onları daşıyan və istifadə edən
şübhəlilərə qarşı keçirilmiş əməliyyatın gedişində 29 nəfər
saxlanılıb.
Əməliyyatlarda 38 kiloqram həşiş, 114 ədəd narkotik həb və 3
qram metamfetamin ələ keçirilib.

