Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlirlər 7%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan avtomobil
nəqliyyatı ilə yük və sərnişin daşınmasından 1,698 milyard manat
gəlir əldə edib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən
ilin eyni dövrü ilə müqayisədə 103 milyon manat və ya 6,5% artım
deməkdir.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasından
əldə edilən gəlirlər 725,732 milyon manat təşkil edib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.




Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı ilə sərnişin
daşımalarından əldə olunan gəlir isə 971,916 milyon manat təşkil
edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,5% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil
nəqliyyatı ilə 108,916 milyon ton yük (6,2% çox) və 1,392 milyard
sərnişin (6,3% çox) daşınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir