
Bakı. Trend:
2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək 1206 nəfərin adı və
ya ata adı dəyişdirilib.
Bu barədə Trend-in sorğusuna
cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, olardan 849 nəfər qadın, 357 nəfər isə
kişidir:
“Eyni zamanda onlardan 710 nəfər 18-29 yaş, 308 nəfər 30-39 yaş,
107 nəfər 40-49 yaş, 52 nəfər 50-59 yaş aralığında, 29 nəfər isə 60
yaşdan yuxarıdır”.
“Adın və ya ata adının dəyişdirilməsi səbəbləri daha çox
ərizəçini tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu,
adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə
bağlıdır”, – qurumdan qeyd olunub.
Qeyd edək ki, 2024-cü ilin yanvar, fevral və mart aylarında 576
nəfər soyadını, adını və ata adını dəyişdirib. Ötən ilin anvar-iyul
ayları ərzində isə bu statistika 1 433 şəxs olub.

