Yenidoğulmuşun sarılığında “gizli” risklər ultrasəs və MRT ilə necə aşkarlanır?

Baş səhifə

Bakı. Trend:

“Yenidoğulmuşlarda sarılıqların diaqnostikası əsasən kliniki
əlamətlər, laborator müayinələrlə (qanda ümumi bilirubinin, düz
bilirubinin səviyyəsi, qanın ümumi analizi və s.) aparılır”.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində pediatr Aynur Bağırova açıqlayıb.




Onun sözlərinə görə, uzun sürən və ağır olan sarılıqlarda,
xüsusən düz bilirubinın yüksənlməsi ilə gedən
hiperbilirubinemiyalarda tibbi qenetika mərkəzində dərin müayinə
aparıb metabolik xəstəliklər, uşaq cərrahiyə mərkəzində punksion
biopsiya, xolangioqrafiya istifadə edərək biliar patoloqiyalar
istisna edilməlidir:

“Funksional müayinə üsullarından qarın boşluğu üzvlərin ultrasəs
müayinəsi (qaraciyər, öd kisəsi, dalaq) vasitəsilə
hepatosplenomeqaliya, qaraciyərin metabolik xəstəlikləri və digər
xəstəliklərdə qaraciyərin zədələnməsi, biliar atreziya, parenteral
qidalanma ilə əlaqəli xolestaz, proqressivləşən ailəvi qaraciyər
daxili xolestaz və s. kimi patologiyaların diaqnostikasında mühüm
əhəmiyyət kəsb edir”.
Pediatr sonda bildirib ki, qeyd edilən patologiyalarda daha dəqiq
diaqnoztika üçün həkimin təyinatı ilə qarın boşluğu orqanlarının
MRT müayinəsi də aparıla bilər”, o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir