Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat dəhlizi
ilə daşınmış yüklərin həcmi 12,615 milyon ton olub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
150,3 min ton və ya 1,2% azdır.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat
dəhlizi ilə daşınmış yüklərin həcmi 12,765 milyon ton olmuşdu.




Dövr ərzində Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daşınan yüklərin
6,117 milyon tonu Avropa-Qafqaz-asiya dəhlizinin payına düşüb. Bu
isə ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 405 min ton
və ya 6,2% azdır.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında
nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyon
ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatı
ilə 5,590 milyon ton yük daşınıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini,
avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz
nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir