
Bakı.Trend:
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7
dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar
reysləri təyin edir.
Trend xəbər
verir ki, bu barədəı ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik
Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya
“ADY Mobile” tətbiqindən əldə etmək olar.

