Ermənistan AES-də təmir işləri başa çatıb

Baş səhifə

Rusiyanın “Rosatom” konsernin mütəxəssisləri Ermənistan atom elektrik stansiyasında (AES) planlı təmir işlərini vaxtından əvvəl başa çatdırıblar.

APA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı stansiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, stansiya nəzərdə tutulmuş müddətdən üç gün əvvəl tam gücə çıxıb.

“Hazırda blok 100% istilik gücü ilə (440 MVt) işləyir və stabil, fasiləsiz elektrik istehsalını təmin edir”, – stansiyanın mətbuat xidməti bildirib.

Ermənistan AES-i ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir. Orada birinci nəsil VVER-440 reaktoru ilə tək blok fəaliyyət göstərir və onun yanacağı “Rosatom” tərəfindən təmin olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir