
İranın vitse-prezidenti İsmayıl Sahab İsfahaninin həyat yoldaşı Germsar-Tehran magistral yolunda baş verən ağır yol qəzasında həlak olub.
Modern.az xəbər verir ki, İran KİV-nin məlumatına görə, vitse-prezidentin üç uşağı və qayınatası müxtəlif xəsarətlərlə Germsardakı tibb mərkəzinə aparılıb.
Qəzada ağır yaralanan Sahab İsfahaninin qızının dünən beyin ölümü keçirdiyi bildirilib.
İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei İsmayıl Sahab İsfahaniyə başsağlığı mesajı göndərib.

